Bakı. Musa Əhmədov - APA-Economics. Son iki ildə Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin tədricən azaldılması istiqamətində aparılan siyasət 2016-cı ildə də davam etdiriləcək.
Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə Azərbaycanın 2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihələrində qeyd olunub.
Gələn il ARDNF-dən dövlət büdcəsinə 6000,0 mln. manat transfert nəzərdə tutulur. Bu, 2015-ci illə müqayisədə 4388,0 mln. manat və yaxud 42,2% az deməkdir.