Bank Of Baku

Gələn il üçün Azərbaycanda inflyasiya proqnozu açıqlanıb

Gələn il üçün Azərbaycanda inflyasiya proqnozu açıqlanıb
# 30 dekabr 2014 13:36 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ildə Azərbaycanda inflyasiya 2-3% səviyyəsində hədəflənir.

 

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə yaydığı bəyanatda deyilir.

 

Bəyanatda qeyd olunub ki, 2015-ci ildə səlahiyyətləri çərçivəsində qiymət sabitliyinin təmin edilməsi Mərkəzi Bankın pul siyasətinin əsas məqsədini təşkil edəcək: “Son qlobal və daxili iqtisadi meylləri nəzərə alaraq, orta müddətli perspektivdə inflyasiyanın aşağı səviyyədə qalması gözlənilir. Növbəti ildə inflyasiya 2-3% səviyyəsində hədəflənir.  Pul siyasətinin həm inflyasiya, həm də deflyasiya risklərinə çevik reaksiyası təmin ediləcək. Bu reaksiyanın xarakteri və miqyası inflyasiyaya təsir göstərən tələb və təklif

amillərindən asılı olaraq dəyişəcək”.

 

Növbəti ildə də Mərkəzi Bank müxtəlif qiymət indekslərinin təhlilinə və inflyasiyanın proqnozdan kənarlaşması risklərinin hərtərəfli qiymətləndirilməsinə xüsusi diqqət yetirəcək. İnflyasiya (deflyasiya) təzyiqlərinin müvəqqəti və uzun müddətli amillərini fərqləndirmək üçün baza inflyasiyanın dinamikası daim izlənəcək. Pul siyasətinin adekvat reaksiyasının formalaşmasında Mərkəzi Bank iqtisadi tsikl modelinin nəticələrini də nəzərə alacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR