Bank Of Baku

Gömrükçülər 60-dək mobil telefon müsadirə edib

Gömrükçülər 60-dək mobil telefon müsadirə edib
# 30 may 2017 11:51 (UTC +04:00)

Dövlət Gömrük Komitəsinin (DGK) Tovuz Gömrük İdarəsinin "Sadıxlı" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

 

DGK-nın Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaş idarə etdiyi minik avtomobilində gömrük nəzarətindən gizlədilmiş və ya mütləq bəyan olunası heç bir predmetin olmadığını bildirib.

 

Lakin gömrük baxışı nəticəsində, həmin nəqliyyat vasitəsinin salonunda arxa oturacaq ilə yük yeri arasındakı boşluqda 59 ədəd "Samsung J3 pro" markalı mobil telefon, ehtiyat təkərin içərisində isə 59 ədəd qidalandırıcı başlıq, 59 ədəd USB kabel, 59 ədəd həmin telefonlara məxsus qutu və 59 ədəd batareya aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR