Bank Of Baku

Gömrükçülər qanunsuz yolla ölkəyə mobil telefon və siqaret gətirilməsinin qarşısını alıb

Gömrükçülər qanunsuz yolla ölkəyə mobil telefon və siqaret gətirilməsinin qarşısını alıb
# 15 oktyabr 2016 10:03 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən  Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı Rusiya istiqamətindən İdarənin “Xanoba”  gömrük postunun ərazisinə daxil olan avtomobildən gömrük nəzarətindən gizlədilmiş 9 ədəd  “Samsung GalaxY Prim” markalı mobil telefon, 20 ədəd boş mobil telefon qutusu və 6 800 ədəd xarici markalı siqaretlər aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR