Bank Of Baku

Gömrükçülər soyuq silahın qanunsuz yolla ölkəyə keçirilməsinin qarşısını alıb

Gömrükçülər soyuq silahın qanunsuz yolla ölkəyə keçirilməsinin qarşısını alıb
# 23 fevral 2018 07:32 (UTC +04:00)

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mülki dövriyyəsi qadağan edilən soyuq silahın gömrük sərhədindən qanunsuz yolla keçirilməsinə cəhdin qarşısını alıblar.

 

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, Gəncə-Moskva aviareysi ilə gedən Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən onun baqajı rentgen aparatı vasitəsilə yoxlanılıb və monitorda ov bıçağına oxşar əşyanın təsviri görünüb. Təkrar yoxlama zamanı vətəndaşa məxsus çantanın içərisindəki şəxsi əşyaların arasında gömrük nəzarətinə təqdim olunmayan 1 ədəd ov bıçağı aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR