Bank Of Baku

Gürcüstandan Azərbaycana gətirilən külli miqdarda siqaret müsadirə olunub

Gürcüstandan Azərbaycana gətirilən külli miqdarda siqaret müsadirə olunub
# 15 may 2017 10:52 (UTC +04:00)

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ -21074" markalı nəqliyyat vasitəsinə "Nayk" ləqəbli xidməti axtarış iti ilə gömrük baxışı keçirilib.


Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı xidməti it avtomobilin salonunda cihazlar panelinin içinə və ön oturacaqların altına, yük yerinə tütün məmulatlarının olduğunu əks etdirən reaksiya göstərib. Bundan sonra həmin hissələrə keçirilən baxış zamanı üzərində Azərbaycanın aksiz markası olmayan 5200 ədəd "Marlboro" və 1200 ədəd "Golden Gate" markalı siqaretlər aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR