Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz-21063" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı avtomobilin yük yerindəki ehtiyyat təkərin altından, cihazlar panelinin içindən və ön oturacağın altından gömrük nəzarətindən gizlədilən ümumilikdə 3200 ədəd "Pirveli" markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.