Bank Of Baku

Hesab.az portalında onlayn sığorta alanların sayı artıb

Hesab.az portalında onlayn sığorta alanların sayı artıb
# 07 iyul 2015 08:28 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Hesab.az onlayn ödəmə portalı və “Atəşgah Sığorta” şirkətinin təqdim etdiyi onlayn-sığorta xidmətlərindən istifadə edənlərin sayı artıb.

 

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bu ilin ilk altı ayında hesab.az-da icbari və səyahət sığortasını əldə edənlərin sayı, keçən ilin ilk altı ayı ilə müqayisədə 142% artıb. 

         

Qeyd edək ki, hesab.az portalında qeydiyyatdan keçən istifadəçilər icbari və səyahət sığorta polislərini ev və ofislərdən çıxmadan əldə edə bilərlər. Portalda yaradılan tam avtomatlaşdırılmış modul vasitəsi ilə hər bir bank kartının sahibi cəmi 3-4 dəqiqə ərzində sığortanın dəyərini hesablayıb, ödəyə bilər. Alınan sığorta polislərin müştəriyə çatdırılması 24 saat ərzində təmin edilir, Bakı və Sumqayıt üzrə isə çatdırılma pulsuzdur.

 

Səyahət sığorta polisləri isə bir saat ərzində müştərinin poçt ünvanına göndərilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR