Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.
APA-nın məlumatına görə, Kollegiya iclasında dövlət büdcəsindən Gənclər və İdman Nazirliyinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına və “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaitlərinin formalaşması və istifadəsi ilə bağlı təhlilin nəticələrinə dair nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.
Kollegiyaya dəvət olunmuş Gənclər və İdman Nazirliyinin Aparat rəhbəri Rüfət Həsənov və Mühasibat Uçotu sektorunun müdiri Əkrəm Hətəmov müzakirələrdə iştirak edib, Kollegiya üzvlərinin suallarını cavablandırıblar. Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiqlənib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.