Bank Of Baku

Hindistan və Azərbaycan arasında ticarət dövriyyəsi 460 mln. dollara çatıb

Hindistan və Azərbaycan arasında ticarət dövriyyəsi 460 mln. dollara çatıb
# 23 fevral 2018 10:32 (UTC +04:00)

Hindistanın maliyyə naziri Arun Jaitley Nyu Dehlidə Azərbaycanın maliyyə naziri Samir Şərifovla görüşüb.

 

Hindistanın Azərbaycandakı səfirliyindən "APA-Economics"ə verilən məlumata görə, nazirlər iki ölkə arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin, xüsusilə də ticarət və investisiya, ticarət və biznes nümayəndə heyətlərinin mübadiləsi sahələrinin genişləndirilməsi yollarını müzakirə ediblər.

 

Tərəflər həmçinin, üzərində danışıqlar aparılan ikitərəfli sazişlər, ikitərəfli investisiya sazişi və ikiqat vergi tutmanın aradan qaldırılması sazişi ilə bağlı da müzakirələr aparıblar.

 

"Hindistan və Azərbaycan arasında tarixi əlaqələrə əsaslanan yaxın dostluq münasibətləri və inkişaf edən ikitərəfli əməkdaşlıq mövcuddur. Hindistanın ONGC Videsh şirkəti Azərbaycanın neft və qaz sektorunda paya malik tərəfdaşdır. 2017-ci ildə Hindistanın Azərbaycana ixracı 60%-dən çox artıb. Hindistan və Azərbaycan arasında ümumi ikitərəfli ticarət 460 milyon ABŞ dollarına çatıb. Azərbaycanlı peşəkarlara və tələbələrə Hindistanın müəssisələrində xərclərin tam qarşılandığı təlim proqramları təklif edən Hindistanın Texniki və İqtisadi Əməkdaşlıq Proqramı (İTEC) üzrə Hindistan və Azərbaycan arasında bilik və bacarıqların artırılması sahəsində inkişaf edən əməkdaşlıq mövcuddur", - deyə məlumatda vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR