Bank Of Baku

I Avropa oyunları ilə əlaqədar Azərbaycanda quraşdırılan POS-terminalların sayı 86 minə çatdırılıb

I Avropa oyunları ilə əlaqədar Azərbaycanda quraşdırılan POS-terminalların sayı 86 minə çatdırılıb
# 10 iyun 2015 15:29 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Vergilər Nazirliyi Azərbaycanda ilk dəfə keçiriləcək I Avropa oyunları ərəfəsində nağdsız ödənişlərin həyata keçirilməsinin təmin edilməsi üçün POS-terminalların quraşdırılması və onlardan istifadə qaydalarına əməl olunması ilə bağlı tədbirləri davam etdirir.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Bakı və Mingəçevir şəhərlərində, xüsusilə də  I Avropa oyunları keçiriləcək 18 arena və onların ətrafında yerləşən təsərrüfat subyektlərində yerləşən müxtəlif ticarət, əyləncə, ictimai-iaşə və s. obyektlərində POS-terminalların quraşdırılması başa çatdırılıb.

 

Bakı şəhəri üzrə 53 min 700, Mingəçevir şəhəri üzrə isə 1929 ədəd POS-terminalın quraşdırılması təmin edilib, I Avropa Oyunları keçiriləcək arenalar və onların ətrafında yerləşən obyektlərdə POS-terminallardan istifadə olunma qaydalarına əməl olunmasının nəzarətdə saxlanılması üçün həmin ərazilərə vergi orqanlarının əməkdaşları təhkim edilib.


Bütövlükdə ölkədə quraşdırılmış POS-terminalların sayı 86 minə çatıb ki, onların da 62,4%-i Bakı şəhərinin, 37,6%-i isə digər şəhər və rayonların payına düşür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR