Bank Of Baku

IMF "Qafqaz və Mərkəzi Asiya"nın neft ixracatçıları üzrə proqnozunu açıqlayıb

IMF "Qafqaz və Mərkəzi Asiya"nın neft ixracatçıları üzrə proqnozunu açıqlayıb
# 24 oktyabr 2016 07:46 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Beynəlxalq Valyuta Fondu (International Monetary Fund, IMF) "Qafqaz və Mərkəzi Asiya" neft ixracatçısı ölkələri üzrə iqtisadi göstəriciləri açıqlayıb. "APA-Economics" xəbər verir ki, hesabatda ümumdaxili məhsul istehsalının (ÜDM) bu il 1% artacağı qeyd olunub.


Proqnoza əsasən, 2017-ci ildə bu rəqəm 2,4% təşkil edəcək.
 

Hesabatda həmçinin deyilir ki, bu il "Qafqaz və Mərkəzi Asiya"nın neft ixracatçısı ölkələrində orta illik inflyasiya 10,8%, gələn il isə 8,7% səviyyəsində olacaq.

Tədiyyə balansının isə bu il 3,5% azalacağı, 2017-ci ildə isə 2% azalacağı proqnozlaşdırılır.

 

Qeyd edək ki, İMF "Qafqaz və Mərkəzi Asiya"nın neft ixracatçısı ölkələri kimi Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkmənistan qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR