İpoteka və Kredit Zəmanət Fondu (Fond) rəsmi internet saytının yaradılmasına dair xidmətlərin satınalınması ilə bağlı tender elan edib.
“APA-Economics” xəbər verir ki, satınalma üzrə prosedur aprelin 12-də başlanacaq.
Fondun rəsmi internet saytının yaradılması satınalma müqaviləsi imzalandığı tarixdən başlayaraq üç ay müddətində başa çatdırılmalı və Fonda təqdim edilməlidir.
Satınalmada iştirak haqqı 50 manatdır.