Bank Of Baku

İrandan Azərbaycana heroin keçirmək istəyən şəxs saxlanılıb

İrandan Azərbaycana heroin keçirmək istəyən şəxs saxlanılıb
# 05 iyun 2017 11:27 (UTC +04:00)

Dövlət Gömrük Komitəsinin (DGK) Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, idarənin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

 

DGK Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, şəxsi yoxlama zamanı vətəndaşın daxili orqanında (mədəsində) 1 ədəd bükümdə xalis çəkisi 1,560 qram olan narkotik vasitə - heroin aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR