Bank Of Baku

İrandan Azərbaycana metadon keçirmək istəyən şəxs saxlanılıb

İrandan Azərbaycana metadon keçirmək istəyən şəxs saxlanılıb
# 24 noyabr 2015 08:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İrandan Azərbaycana metadon dərmanın keçirilməsinin qarşısı alınıb.

 

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Elşən Əhmədovun üzərində yoxlama zamanı onun gödəkcəsinin cibindəki siqaret qutusunda 5 ədəd həbdən ibarət metadon adlı dərman preparatı aşkar edilib.

 

 Xatırladaq ki, metadon adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və 5 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,025 qram təşkil edir.

 

Faktla bağlı təhqiqat aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR