Bank Of Baku

İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb

İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb
# 10 iyun 2015 12:31 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İrandan Azərbaycana gələn vətəndaşdan narkotik vasitə aşkar olunub.

 

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Astara Gömrük İdarəsində İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan vətəndaşı, Göyçay rayon sakini Həsənov Elşən Əlövsət oğlunun üzərində şəxsi yoxlama aparılıb.

 

Yoxlama zamanı onun daxili orqanı - düz bağırsağından bir ədəd yumru formalı bükümdə, ümumi xalis çəkisi 4,5 qram olan narkotik vasitə - həşiş qətranı aşkar olunaraq götürülüb.

 

Faktla bağlı təhqiqat aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR