Bank Of Baku

İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb
# 03 iyun 2017 10:25 (UTC +04:00)

Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından o, gömrük əməkdaşlarının müşayiəti altında Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Tibbi müayinə nəticəsində sözügedən vətəndaşın daxili orqanında (düz bağırsağında) beş ədəd bükümdə olmaqla, narkotik vasitələr - 68 ədəd həb şəklində, təsiredici maddəsi 2,72 qram təşkil edən metadon və xalis çəkisi 10,352 qram təşkil edən tiryək aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR