Bank Of Baku

İSB: Gələcəkdə “Bonus-Malus” əmsalının elektron üsulla öyrənilməsi üçün müvafiq işlər aparılır

İSB: Gələcəkdə “Bonus-Malus” əmsalının elektron üsulla öyrənilməsi üçün müvafiq işlər aparılır
# 27 fevral 2018 08:59 (UTC +04:00)

İcbari Sığorta Bürosu (İSB) mülki məsuliyyətin icbari sığortası üzrə avtomobil sahiblərinə müraciət edib.

 

İSB-dən “APA-Economics”ə verilən xəbərə görə, avtomobil sahibləri icbari sığorta əldə edərkən müəyyən məsələlərə diqqət yetirməlidirlər.  

 

Büro qeyd edir ki, icbari sığorta müqaviləsi üzrə ödənilməli olan sığorta haqqının məbləğini öyrənmək üçün hesabla.isb.az elektron xidmətindən istifadə etmək lazımdır. “Bunun üçün ilk öncə sığorta şirkətinizə müraciət edərək Bonus-Malus əmsalınızı öyrənməyiniz lazım olacaq. Daha sonra qeyd edilmiş veb-sayta daxil olaraq sığorta haqqınızı asanlıqla özünüz hesablaya bilərsiniz. Qeyd etmək lazımdır ki, gələcəkdə Bonus-Malus əmsalının daha rahat və elektron üsullarla öyrənilməsi üçün İSB tərəfindən hazırda müvafiq işlər aparılır. Bundan başqa, icbari sığorta müqaviləsini əldə edərkən dələduz “vasitəçilərin” toruna düşməyin. Eyni zamanda, sığorta şirkətinizdən və ya vasitəçinizdən icbari sığorta müqavilənizə dair sistemdən çıxarışı tələb edin. Sığorta haqqının ödənilməsi məqsədilə heç kimə əlbəəl pul verməyin. Sığorta haqqını İnternet və ya ödəniş terminalları vasitəsilə özünüz ödəyin, belə etməklə ödəniş prosesinə özünüz nəzarət etmiş olacaqsınız. Yalnız lisenziyalı sığorta vasitəçiləri ilə əməkdaşlıq edin. arzuolunmaz vəziyyətlərlə qarşılaşmamaqdan ötrü İSB avtomobil sahiblərinə icbari sığorta müqaviləsi əldə etmək üçün yalnız Maliyyə Bazarlarına Nəzarət Palatasının verdiyi müvafiq lisenziya əsasında fəaliyyət göstərən sığorta vasitəçilərinə müraciət etməyi tövsiyə edir. Sığorta vasitəçiliyi lisenziya tələb edən fəaliyyət sahəsidir və lisenziyası olmayan şəxslər bu fəaliyyətlə məşğul ola bilməz. Əməkdaşlıq etdiyiniz sığorta vasitəçisinin lisenziyasının olmasını müəyyənləşdirmək üçün MBNP-nin veb-saytında açıqlanan lisenziyalı sığorta vasitəçilərinin reyestrində (https://www.fimsa.az/az/registry-insuarance) həmin şəxsin məlumatlarının olub-olmamasını yoxlaya bilərsiniz. Beləliklə, yuxarıda sadalanan tövsiyələrə əməl etməklə özünüzü fürsətcil sığorta dələduzlarından qorumuş olacaqsınız,” – deyəö məlumatda bildirilir.

 

Qeyd edək ki, Bonus-Malus – əvvəlki sığorta müqaviləsi üzrə sığorta predmetinə (sığorta olunana) münasibətdə sığorta riskləri ilə bağlı heç bir hadisə baş vermədiyi halda növbəti sığorta müqaviləsi üzrə sığorta haqlarının azaldılması, sığorta riskləri ilə bağlı hadisələrin baş verdiyi halda isə sığorta haqlarının artırılması üçün baza tarif dərəcələrinə tətbiq edilən güzəşt-əlavələr sistemidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR