Bank Of Baku

İstanbulda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin iqtisadi inkişaf nazirlərinin iclası keçirilib

İstanbulda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin iqtisadi inkişaf nazirlərinin iclası keçirilib
# 28 iyun 2013 13:42 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva - APA-Economics. Bu gün İstanbulda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin iqtisadi inkişaf nazirlərinin III iclası keçirilib.

 

APA-Economics”in xəbərinə görə, görüşdə Azərbaycan, Türkiyə, Qırğızıstan və Qazaxıstanın iqtisadi inkişaf nazirləri iştirak edib.

 

Nazirlər öz ölkələrinin iqtisadiyyatlarının son nailiyyətləri və Şura çərçivəsində gələcək əməkdaşlıq sahələri barədə fikir mübadiləsi aparıblar.

 

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin iştirak etdiyi görüşdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo), Qazaxıstan Milli İxrac və İnvestisiyalar Agentliyi, Türkiyə baş naziri yanında İnvestisiyaların Təşviqi Agentliyi və Qırğızıstan İqtisadi İnkişaf Nazirliyi arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR