Bank Of Baku

İsveçrə Cənubi Qafqazda maliyyələşdirəcək prioritet sahələri açıqlayıb

İsveçrə Cənubi Qafqazda maliyyələşdirəcək prioritet sahələri açıqlayıb
# 19 iyul 2013 10:21 (UTC +04:00)

Məlumata görə, İsveçrə ilk olaraq məşğulluq və iqtisadi inkişaf sahəsinə diqqət yetirəcək. Belə ki, bu sahə ilə bağlı göstəriləcək yardım, peşə bacarıqlarının artırılması, maliyyə və özəl sektorlar üçün çərçivə şərtlərinin təkmilləşdirilməsi və əhalinin yaşayış baxımından həssas qruplarına dəstəyin göstərilməsinə önəm verməklə kənd təsərrüfatı sektorunun inkişafına yönəldiləcək.

 

Strategiyada həmçinin idarəçilik və ictimai xidmətlər sahəsinə xüsusi yer ayrılıb. Bu sahə üzrə regional inkişafın gücləndirilməsi işində yerli idarəetmə orqanlarının rolunun artırılmasına dəstək veriləcək. Üçüncüsü, insan təhlükəsizliyi və müdafiə sahəsi olacaq ki, burada həssas əhali qruplarının əsas humanitar ehtiyaclarının qarşılanması üçün göstəriləcək yardımla bərabər münaqişənin transformasiyası prosesinə dəstəyin göstərilməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, bu sahələrdən başqa, İsveçrə əmək miqrasiyası və əsaslı və dinamik cəmiyyətin vacib sütunu kimi regional incəsənət və mədəniyyət layihələrini də maliyyələşdirəcək.

 

Xatırladaq ki, İsveçrə hökuməti Cənubi Qafqaz ölkələri ilə 1990-cı illərin əvvəlində əməkdaşlığa başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR