Bank Of Baku

İyul ayında nəqliyyat vasitəsinə dəyən zərər üzrə sığorta ödənişinin həcmi açıqlanıb

İyul ayında nəqliyyat vasitəsinə dəyən zərər üzrə sığorta ödənişinin həcmi açıqlanıb
# 03 avqust 2015 14:43 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin iyul ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə İcbari Sığorta Bürosunun (İSB) iştirakçıları olan sığorta şirkətləri tərəfindən 2 029 sığorta tələbi üzrə 2,5 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.

 

İSB-dən “APA-Economics”ə verilən məlumata görə, zərərin bölgüsü üzrə sığorta ödənişləri aşağıdakı kimi olub:

 

 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta tələblərinin sayında 33%, sığorta ödənişlərinin məbləğində isə 6,9 % artım müşahidə edilib. 2015-ci ilin iyul ayında nəqliyyat vasitəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1 163 manat təşkil edib.

 

İyul ayında İcbari Sığorta Bürosu tərəfindən 13 kompensasiya tələbi üzrə 35 750 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR