Bakı. Yeganə Laçınzadə - APA-Economics. İyunun 22-də “Az-Nar” QSC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“APA-Economics”in verdiyi xəbərə görə, yığıncağın gündəliyinə 2014-cü il üçün maliyyə hesabatları və cəmiyyətin icra orqanı barədə məsələlər daxildir.
Qeyd edək ki, səhmdarlar ümumi yığıncağın çağırılmasına 30 gün qalmış gündəliyin layihəsinə dair təkliflər vermək və ümumi yığıncağa 15 gün qalmış gündəliyə daxil edilmiş bütün məsələlər üzrə müvafiq sənədlərlə tanış olmaq hüququna malikdirlər.