Bank Of Baku

Kənd təsərrüfatı sığortası modelinin tətbiqi ilə bağlı işçi qrupun ilk iclası keçirilib

Kənd təsərrüfatı sığortası modelinin tətbiqi ilə bağlı işçi qrupun ilk iclası keçirilib
# 19 fevral 2018 12:53 (UTC +04:00)

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə “Kənd təsərrüfatı sığortası modelinin Azərbaycanda tətbiqi” ilə əlaqədar işçi qrupunun ilk görüşü keçirilib.

 

Assosiasiyadan “APA-Economics”ə verilən məlumata görə görüşdə Azərbaycan Sığortaçılar Assosiasiyasının, Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) və sığorta şirkətlərinin nümayəndələri, həmçinin bu sahə üzrə ekspertlər iştirak ediblər.

 

Görüş zamanı Strateji Yol Xəritələri və “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələrək Palata tərəfindən görülmüş işlər barədə məlumat verilib. Qeyd edilib ki, Palatanın təşəbbüsü ilə Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyinin iştirakı ilə işçi qrup formalaşdırılıb, kənd təsərrüfatı sığortası sahəsində cari vəziyyətin diaqnostikası aparılıb, mövcud qanunvericilik təhlil edilib, beynəlxalq təcrübə araşdırılaraq öyrənilib.

 

Görüşdə həmçinin, Türkiyə modeli olan “TARSİM”-in yerində öyrənilməsi, “Kənd təsərrüfatı sığortası haqqında” qanun layihəsinin hazırlanması məsələləri də müzakirə predmeti olub. Müzakirələrin yekununda sığortaçılar tərəfindən qanun layihəsinə baxılaraq, qısa müddət ərzində rəy və təkliflərinin təqdim edilməsi qərara alınıb.

 

Xatırladaq ki, prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” və “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş respublikada kənd təsərrüfatı sığortası mexanizminin yaradılması ilə bağlı tədbirlərin Palata tərəfindən icrasına dəstək məqsədilə “ASA”nın təşkilatçılığı ilə işçi qrupu formalaşdırılıb. İşçi qrupuna Palatanın nümayəndəsi də daxil olmaqla, sığorta şirkətlərinin nümayəndələri, həmçinin, bu sahədə ekspert şəxslər daxil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR