2017-ci ilin mayın 1-nə Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 350 mln. manat və ya 5,2% artaraq 7 mlrd. 99,3 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, mart ayı ilə müqayisədə isə apreldə xarici öhdəliklərin həcmi 211,6 mln. manat və ya 2,89% azalıb.
Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2017-ci ilin mayın 1-nə 3 438,2 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 119,7 mln. manat və ya 59,8% azdır. Məcmu xarici aktivlərin həcmində mart ayı ilə müqayisədə apreldə 279,2 mln. manat və ya 8,84%-lik artım baş verib.