Bank Of Baku

Ötən ay avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 1,6 mln. manata yaxın sığorta ödənişi edilib

Ötən ay avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 1,6 mln. manata yaxın sığorta ödənişi edilib
# 05 iyun 2015 10:01 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin may ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə İcbari Sığorta Bürosunun (İSB) iştirakçıları olan sığorta şirkətləri tərəfindən 1 321 sığorta tələbi üzrə 1 570 679 manat məbləğində sığorta ödənişi həyata keçirilib.

 

İSB-dən “APA-Economics”ə verilən məlumata görə, nəqliyyat vasitəsinə dəyən zərər üzrə sığorta ödənişlərinin bölgüsü aşağıdakı kimi olub:

 

 

Ümumilikdə 2015-ci ilin yanvar-may ayları ərzində AVSMMİS üzrə sığorta şirkətləri tərəfindən 8 114 sığorta tələbi üzrə 9 667 838 manat məbləğində sığorta ödənişi həyata keçirilib.

 

May ayında İcbari Sığorta Bürosu tərəfindən 11 kompensasiya tələbi üzrə 37 333 manat, yanvar-may ayları ərzində 28 kompensasiya tələbi üzrə 110 333 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR