Bank Of Baku

Mayda İsveçrə-Azərbaycan biznes forumu keçiriləcək

Mayda İsveçrə-Azərbaycan biznes forumu keçiriləcək
# 15 may 2014 08:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İsveçrənin paytaxtında İsveçrə-Azərbaycan biznes forumu keçiriləcək.

 

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, mayın 26-da Azərbaycan Hökuməti və İsveçrə Konfederasiyasının Federal Şurasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclası çərçivəsində Bern şəhərində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi ilə Azpromo tərəfindən İsveçrə-Azərbaycan biznes forumunun təşkili nəzərdə tutulur.

 

Forum çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə özlərinə tərəfdaşlar tapmaq və iş əlaqələri qurmaq imkanı əldə edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR