AMB-dən “APA-Economics”ə verilən məlumata görə, Türkiyənin “T.C. Ziraat Bankası”nın müraciətinə Mərkəzi Bankda qanunvericiliyə müvafiq olaraq baxılıb. Bank lisenziyası üçün zəruri olan tələblərin icra olunduğu müəyyən edilərək müraciət müsbət qiymətləndirilib.
Geniş beynəlxalq şəbəkəyə malik Türkiyə bankının Azərbaycanda təmsilçilik statusunun dəyişilməsi iki ölkənin bank sektoru arasında əlaqələri daha da genişləndirməklə bank sektorunda rəqabətin güclənməsinə və sektorun ümumilikdə inkişafına xidmət edəcək.