Bank Of Baku

Mərkəzi Bank: Model hesablamalarımıza görə ilin sonuna ölkədə orta illik inflyasiya birrəqəmli səviyyədə olacaq

Mərkəzi Bank: Model hesablamalarımıza görə ilin sonuna ölkədə orta illik inflyasiya birrəqəmli səviyyədə olacaq
# 11 avqust 2015 15:16 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Mərkəzi Bank tərəfindən aparılmış model hesablamalarına görə ilin sonuna ölkədə orta illik inflyasiya birrəqəmli səviyyədə olacaq.

 

APA-Economics”in xəbərinə görə, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının 2015-ci ilin 6 ayının yekunlarına həsr olunmuş Pul Siyasəti İcmalında qeyd olunub.

 

Məlumata əsasən, Mərkəzi Bank tərəfindən aparılan monitorinqlər də son aylarda əksər sektorlar üzrə qiymət gözləntilərinin azaldığını göstərir.

 

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən 2015-ci ilin birinci yarısında orta illik inflyasiya 3,5% təşkil edib. İstehlak qiymətləri indeksinin komponentləri olan ərzaq qiymətləri orta illik 5,5%, qeyri-ərzaq qiymətləri 2,8%, xidmətlərin dəyəri isə 1,3% dəyişib.

 

2015-ci ilin I yarısında nominal effektiv məzənnə, inflyasiya gözləntiləri və ticarət tərəfdaşlarında yüksək inflyasiya qiymətlərə artırıcı, mövsümi amillər, pul bazası və dünya ərzaq qiymətlərinin dəyişməsi isə azaldıcı təsir göstərib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR