Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşların həcmi 2015-ci il aprelin 1-ə 20 632,3 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 4 742,8 mln. manat və ya 29,85% çoxdur.
Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin aprelin 1-ə 1 mlrd. 213,3 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 359,6 mln. manat və ya 42,12% çoxdur.
Son bir ayda isə vaxtı keçmiş kreditlərin həcmi 75,1 mln. manat (6,6%) artıb.
Onu da qeyd edək ki, vaxtı keçmiş kreditlərin həcmi ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 5,9% təşkil edir.