Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) əməkdaşlarının tibbi sığortalanması üçün tender elan edilib.
AMB-dən “APA-Economics”ə verilən məlumata görə, tender proseduru 8 oktyabr 2015-ci ildə Mərkəzi Bankın inzibati binasında keçiriləcək.
Qeyd edək ki, tenderdə iştirak haqqı 150 manatdır. Tenderdə iştirak haqqı AMB-nin hesabına köçürülməlidir.
Tenderdə qalib olan şirkət bu ilin noyabrın 27-dən 1 il müddətinə sığorta xidmətinin göstərilməsinə başlamalıdır.