Bank Of Baku

Mərkəzi Bank gələn il Azərbaycan iqtisadiyyatının 4,4% artacağını proqnozlaşdırılır

Mərkəzi Bank gələn il Azərbaycan iqtisadiyyatının 4,4% artacağını proqnozlaşdırılır
# 30 dekabr 2014 13:13 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ildə Azərbaycanda iqtisadi artımın 4,4% təşkil edəcəyi proqnozlaşdırılır.

 

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə yaydığı bəyanatda deyilir.

 

Mərkəzi Bank ölkədə qeyri-neft sektoru üzrə 8,2%-lik artım proqnozlaşdırır. “İqtisadi artımda daxili tələbin rolu əhəmiyyətli səviyyədə qalacaq. Proqnozlara görə, 2015-ci ildə daxili investisiyalar 6,1%, əhalinin pul xərcləri isə real olaraq 5,2% artacaq”, - deyə bəyanatda vurğulanır.

 

Bəyanatda qeyd olunub ki, 2015-ci ildə Azərbaycan iqtisadiyyatında artım davam edəcək, dövlətin strateji inkişaf proqramlarının həyata keçirilməsi iqtisadi artıma təsir edən mühüm amillərdən biri olacaq. İqtisadiyyatın şaxələnməsində qeyri-neft sektorunda investisiya fəallığı və ixrac potensialının reallaşdırılması mühüm rol oynayacaq. 2015-ci ildə ölkənin xarici iqtisadi mövqeyi əlverişli qalacaq. Ölkə iqtisadiyyatının makroiqtisadi sabitliyi təmin edən yüksək maliyyə dayanıqlığı qorunacaq. Mövcud makroiqtisadi proqnozlar çərçivəsində tədiyyə balansının cari əməliyyatlar hesabının profisitli olması gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR