Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) məcmu kapital tələbini ödəməyən banklardan birinə güzəşt edib.
“Naxçıvan Bank”dan “APA-Economics”ə bildirilib ki, AMB məcmu kapital tələbini ödəməyən banka bu tələbi yerinə yetirməsi üçün vaxt verib.
Bankın nümayəndəsi səlahiyyəti olmadığını əsas gətirərək, detallı məlumat verməyib.
Məhz buna görə də, məcmu kapitala olan tələbin yerinə yetirilməsi üçün “Naxçıvan Bank”a verilən vaxtın dəqiq tarixi məlum deyil.
Qeyd edək ki, 2014-cü ilin sonuna olan məlumata əsasən, bankın məcmu kapitalı 41,8 mln. manatdır.