Bakı. Musa Əhmədov - APA-Economics. 2014-cü ildə “Nikoil Bank”ın avtomobil kreditləri portfeli 23,7 mln. manat azalıb.
“APA-Economics”in məlumatına görə, bu barədə bankın İdarə Heyətinin sədri Vasiliy Xamaza bu gün keçirilən mətbuat konfransında deyib.
Sədr portfeldəki azalmanı ötən ilin əvvəlində Azərbaycan Mərkəzi Bankının avtokredit şərtlərinin sərtləşdirməsi ilə izah edib. Məhz bunun nəticəsində kredit portfelində avtokreditlərin həcmi 2013-cü ilin sonuna 63%-dən 2014-cü ilin sonuna 38%-ə düşüb.