2018-ci ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasının bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 2 mln. 462,8 min manat məbləğində kreditlər verilib.
"APA-Economics" Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin 1 mln. 388,6 min manat və ya 2,3 dəfə çoxdur.
Verilmiş kreditlərin 264,6 min manatı və yaxud 10,7%-i qısamüddətli, 2 mln. 198,2 min manatı və yaxud 89,3%-i uzunmüddətli kreditlər olub.
Qeyd edək ki, 2017-ci ilin yanvar ayında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 1 mln. 74 min 200 manat məbləğində kreditlər verilib. Verilmiş kreditlərin 363 min 300 manatı və yaxud 33,8%-i qısamüddətli, 710 min 900 manatı və yaxud 66,2%-i uzunmüddətli kreditlər olub.