2018-ci ilin yanvar ayında muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 386 min 500 manat olub.
"APA-Economics" Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,9% çoxdur.
Qeyd edək ki, 2017-ci ilin yanvar ayında muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 345 min 500 manat olub ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 4,8% çoxdur.