Bank Of Baku

Nazir: Azərbaycanın məcmu valyuta ehtiyatlarının xarici dövlət borcuna nisbəti 8 dəfədən artıqdır

Nazir: Azərbaycanın məcmu valyuta ehtiyatlarının xarici dövlət borcuna nisbəti 8 dəfədən artıqdır
# 09 oktyabr 2014 07:10 (UTC +04:00)

Ölkəmizin maliyyə mövqeyi daha da güclənib, məcmu valyuta ehtiyatları 2014-cü il 1 oktyabr tarixinə 53 mlrd. ABŞ dolları səviyyəsinədək yüksəlib, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 mlrd. dollar və ya 8% artım əldə edilib.

 

APA-Economics”in xəbərinə görə, bunu Nazirlər Kabinetinin iclasındakı çıxışı zamanı Azərbaycan maliyyə naziri Samir Şərifov deyib.

 

Nazir qeyd edib ki, ölkənin məcmu valyuta ehtiyatları xarici dövlət borcuna nisbəti 8 dəfədən artıq olub. “Eyni zamanda, onu da qeyd etmək istərdim ki, xarici dövlət borcumuzun ümumi daxili məhsula nisbəti isə 8,5% səviyyəsində qərarlaşıb”, - deyə S. Şərifov bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR