Bank Of Baku

Nazir müavini: «Neftin qiymətinin dəyişməsi Azərbaycanda büdcənin icrasına təsir etməyəcək»

Nazir müavini: «Neftin qiymətinin dəyişməsi Azərbaycanda büdcənin icrasına təsir etməyəcək»
# 25 aprel 2013 15:00 (UTC +04:00)

Bu barədə «APA-Economics»ə iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova bildirib.

 

Onun sözlərinə görə, neftin qiymətinin aşağı düşməsi ən pis halda Dövlət Neft Fondunun gəlirlərinə təsir edə bilər, büdcənin icrasına isə onun təsiri olmayacaq: «Çünki Neft Fondundan büdcəyə ödəniləcək konkret məbləğ artıq təsdiqlənib».

 

Nazir müavini bildirib ki, neftin qiymətinin dəyişməsi iqtisadi amillərdən daha çox mövsümi səbəblərlə bağlıdır və bir qədər sonra qiymətlər əvvəlki həddinə qayıdacaq: «Qış mövsümünün başa çatması dövründə yanacağa və enerjiyə tələbatın aşağı düşməsi ənənəvidir. Buna görə də bir qədər sonra qiymətlərin yenidən əvvəlki həddinə qayıtmasını gözləyirik və yekun qiymət hətta 2013-cü ilin büdcəsində nəzərdə tutulandan da artıq ola bilər».

 

Xatırladaq ki, Azərbaycanın 2013-cü ilin dövlət büdcəsində neftin baza qiyməti 100 dollar/barel səviyyəsində nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR