Bank Of Baku

Nobel mükafatı laureatı: "Azərbaycanda neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində görülən işlər təqdirəlayiqdir"

Nobel mükafatı laureatı: "Azərbaycanda neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində görülən işlər təqdirəlayiqdir"
# 04 iyul 2017 13:42 (UTC +04:00)

"Azərbaycanda istedadlı insanlar çoxdur. Ölkədə neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində görülən işlər təqdirəlayiqdir".

 

APA-Economics”in Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, bunu Arizona Dövlət Universitetinin professoru, iqtisadi elmlər üzrə Nobel mükafatı laureatı Edvard K.Preskott "Gömrük idarəçiliyində aktual məsələlər və çağırışlar" mövzusunda II Beynəlxalq Tələbə Konfransında söyləyib.

 

Nobel mükafatçısı Qusar şəhərində işə başlayan konfransda fəxri qonaq kimi "ABŞ iqtisadiyyatının mövcud vəziyyəti" adlı məruzə ilə çıxış edib. Məruzədən sonra aparılan müzakirələrdə Edvard K.Preskott Azərbaycan iqtisadiyyatında reallaşdırılan islahatlar, ölkənin iqtisadi potensialı və gələcək perspektivləri barədə müsbət fikirlər səsləndirib.

 

Məruzədə yaxşı və layiqli idarəçilik, insan kapitalı, ixtisaslı kadrların yetişdirilməsi, resursların düzgün qiymətləndirilməsi və səmərəli istifadəsi, iqtisadiyyatın şaxələndirilməsi və digər aktual məsələlərə toxunan alim, eyni zamanda, Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işləri dəyərləndirib.

 

E. Preskott Azərbaycanda vergi, gömrük, o cümlədən sahibkarlığın və ticarətin inkişafına təkan verən digər sahələrdəki güzəştləri önəmli hesab edib. Rəngarəng iqlimə malik ölkənin çeşid və keyfiyyət baxımından müxtəlif meyvə-tərəvəz növlərinə sahib olduğunu söyləyən alim bu sahəyə əsaslı kapital qoyuluşu hesabına iqtisadiyyatda ciddi inkişafa nail olunacağına əminliyini bildirib.

 

“Beləliklə, son dövrlər Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatı sahəsində mövcud potensialın düzgün dəyərləndirilərək inkişaf etdirilməsi istiqamətində uğurlu siyasətin aparıldığını amerikalı alimin tezis və mülahizələri də təsdiqləyir”, - deyə məlumatda vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR