Bakı - APA-Economics. Novruz Bayramı ərəfəsində «Bolkart» sahiblərinin nağd pula olan ehtiyaclarını ödəmək məqsədilə «Bank of Baku» ASC nağdlaşdırma kampaniyası keçirir. Bankdan «APA-Economics»ə verilən məlumata görə, marın 15-19-da kartdan pul çıxaran «Bolkart» sahibləri mayın 10-dək faizsiz ödəniş imkanı qazanır. Nağdlaşdırmaya görə komissiya haqqı 3% təşkil edir.
Kart sahibləri balanslarındakı bütün məbləği nağdlaşdıra bilərlər. «Bolkart»ı nağdlaşdırmaq üçün «Bank of Baku»nun istənilən bankomatına üz tutmaq olar. Bank bankomatlarının dəqiq ünvanları ilə bu keçiddən tanış olmaq mümkündür: www.bankofbaku.com/az/filials-and-atms/atms/.
Beləliklə, indi hər bir «Bolakrt» sahibi bayramqabağı alış-veriş üçün nağd pulu «Bank of Baku»nun kredit kartı vasitəsilə rahat əldə edə bilər.
Hazırda 200 mindən çox Azərbaycan vətəndaşı «Bolkart»dan istifadə edir.