Bank Of Baku

Noyabrda daşınmaz əmlakın icbari sığortası üzrə daxilolmalar 1 milyon manat olub

Noyabrda daşınmaz əmlakın icbari sığortası üzrə daxilolmalar 1 milyon manat olub
# 01 dekabr 2015 08:29 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin noyabr ayında daşınmaz əmlakın icbari sığortası üzrə 14 364 sığorta müqaviləsi bağlanıb.

 

İcbari Sığorta Bürosundan “APA-Economics”ə verilən məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 1 mln. manat təşkil edib. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 87%-i yaşayış evləri və mənzillər, 0,2%-i inzibati binalar, 12,8%-i isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 19,2%, sığorta haqlarının məbləğində isə 0,5% artım müşahidə edilib.

 

Noyabr ayında daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 242, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 34 sığorta müqaviləsi bağlanılıb. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları 19 230 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 10 918 manat təşkil edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR