Bank Of Baku

Ötən ay Azərbaycanda 0,2%-lik deflyasiya olub

Ötən ay Azərbaycanda 0,2%-lik deflyasiya olub
# 06 fevral 2014 13:41 (UTC +04:00)

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ay ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,2% ucuzlaşıb.

 

Ay ərzində un, toyuq əti, portağal, banan, kök, kartof, qurudulmuş üzümün qiymətlərində ucuzlaşma, uzun və yumru düyü, balıq məhsulları, kolbasa məmulatları, süd və süd məhsulları, yumurta, kərə yağı, qarğıdalı yağı, limon, naringi, alma, armud, heyva, nar, qoz, fındıq, şabalıd, kələm, göyərti, soğan, sarımsaq, şəkər, duzun qiymətlərində isə bahalaşma müşahidə olunub.

 

Əhaliyə göstərilən pullu xidmətlərdən şəxsi istifadə də olan telefon avadanlığının quraşdırılması xərcləri, respublika daxilində və beynəlxalq telefon danışıqları tarifləri ucuzlaşıb, telefon üçün abunə haqqı tarifləri isə bahalaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR