Bank Of Baku

Ötən ay Azərbaycanda neft və təbii qaz hasilatının istehsalçı qiymətləri 22% ucuzlaşıb

Ötən ay Azərbaycanda neft və təbii qaz hasilatının istehsalçı qiymətləri 22% ucuzlaşıb
# 12 yanvar 2015 15:46 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ötən ilin dekabr ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 19,6%, o cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 22,3%, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 2,1% ucuzlaşıb.

 

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, dekabr ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətlərində xam neft və təbii qaz hasilatı üzrə 22,4%, metal filizlərinin hasilatı üzrə 3,2%, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətlərində isə 0,4% ucuzlaşma müşahidə olunub.

 

Dekabr ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri neft məhsullarının istehsalı üzrə 3,6%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 1,0%, tikinti məmulatlarının istehsalı üzrə 0,7%, kimya sənayesi üzrə 0,4%, qida məhsullarının istehsalı, ağac emalı və ağacdan məmulatların istehsalı və metallurgiya sənayesi üzrə 0,1% ucuzlaşıb, toxuculuq sənayesi üzrə 1,9%, içki istehsalı üzrə 0,5%, geyim istehsalı üzrə isə istehsalçı qiymətləri 0,1% bahalaşıb.

 

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR