Bu ilin yanvar ayı ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 226 mln. 088,3 min manat daxil olub.
"APA-Economics" komitənin açıqladığı statistikaya istinadən xəbər verir ki, gömrük daxilolmaları ötən ilin yanvar ayı ilə müqayisədə 52 mln. 434,81 min manat və ya 30,20% artıb.
Ötən ay ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 59 mln. 470,60 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 157 mln. 18,90 min manat, aksizlər üzrə 6 mln. 780,70 min manat, yol vergisi üzrə isə 2 mln. 818,10 manat təşkil edib.