Bank Of Baku

Ötən ay Naxçıvanda ÜDM 1% artıb

Ötən ay Naxçıvanda ÜDM 1% artıb
# 23 fevral 2018 06:35 (UTC +04:00)

2018-ci ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 163 mln. 397 min 300 manatlıq ümumi daxili məhsul istehsal olunub.

 

Naxçıvan Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1% çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,3% artaraq 360,7 manata çatıb.

 

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 89 mln. 940 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2017-ci ilin müvafiq dövründəki göstəricini üstələyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR