Bakı. Yeganə Laçınzadə - APA-Economics. 2014-cü ildə "Xalq Bank"ın aktivləri 1,1% azalaraq 1 mlrd. 268,027 mln. manat təşkil edib.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, cari ilin 1 yanvar tarixinə bankın kredit portfeli 6,1% artaraq 1 mlrd. 57,6 mln. manata çatıb.
Bankın öhdəlikləri 1,8% azalaraq 1 mlrd. 46,327 mln. manat təşkil edib.
Hesabat ilinin sonuna bankda depozit portfeli 8,3% azalaraq 778,609 mln. manata çatıb. Bununla yanaşı, bankda yerləşdirilən əhalinin əmanətləri 6,7% artaraq 639,026 mln. manat təşkil edib.
2015-ci il yanvarın 1-nə bankın məcmu kapitalı 2,2% artaraq 221 mln. 700,518 min manat, nizamnamə kapitalı isə 7,3% artaraq 197 mln. 125,29 min manat təşkil edir.
Ötən ildə fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 15 mln. 490,061 min manat olub.
"Xalq Bank" 2004-cü il dekabrın 30-da bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb və aktivlərinin həcminə görə Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir. 3 hüquqi şəxs - "EuroStandard” MMC, “Ideal Business” MMC və “Avanqard” bankın səhmdarlarıdır.