Bank Of Baku

Ötən il Azərbaycanda 1 mln.-dan çox icbari sığorta müqaviləsi bağlanıb

Ötən il Azərbaycanda 1 mln.-dan çox icbari sığorta müqaviləsi bağlanıb
# 07 yanvar 2014 12:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən il ərzində Azərbaycanda icbari sığorta növləri üzrə ümumilikdə 1 mln.-dan çox sığorta müqaviləsi bağlanıb.

 

İcbari Sığorta Bürosundan «APA-Economics»ə verilən məlumata görə, Büro iştirakçısı olan sığorta şirkətləri üzrə sığorta haqlarının ümumi həcmi isə 82,6 mln. manatdan çox olub.

 

Belə ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 911 973 sığorta müqaviləsi bağlanıb. Bu növ icbari sığortadan 69,3 mln. manat sığorta haqları toplanıb. Ötən il ərzində daşınmaz əmlakın icbari sığortası üzrə 111 808 sığorta müqaviləsi bağlanıb ki, buradan da 12,8 mln. manatdan çox sığorta haqları yığılıb.

 

Ötən il daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 5 048 sığorta müqaviləsi bağlanıb. Bu növ sığortadan 378,7 min manat sığorta haqları əldə edilib. Azərbaycanda sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 275 sığorta müqaviləsi bağlanıb ki, bu növ sığortadan da 83,8 min manat sığorta haqları toplanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR