Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ötən il qeydə alınmış sığorta hadisələrinin 224-ü xarici ölkədə qeydiyyata alınıb və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələrinin iştirakı ilə (zərərvuran qismində) baş verib.
İcbari Sığorta Bürosundan «APA-Economics»ə verilən məlumata görə, bu avtonəqliyyat vasitələrinin 37,5%-i (84) Türkiyə, 32,6%-i (73) Gürcüstan, 19,6%-i (44) Rusiya, 4%-i (9) İran, 2,3%-i (5) Almaniya, 4%-i (9) isə digər ölkələrdə qeydiyyata alınan nəqliyyat vasitələri təşkil edib. Bunların 107-i (48%) yük avtomobilləri, 90-ı (40%) minik avtomobilləri, 16-ı (7%) avtobuslar, 11-i (5%) isə qoşqular olub.
Xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələrinin iştirakı ilə baş vermiş sığorta hadisələri üzrə 300 215 manat məbləğində sığorta ödənişi həyata keçirilib.