APA-nın məlumatına görə, bunu Hesablama Palatasının sədri Heydər Əsədov bu gün Milli Məclisdə illik hesabatı təqdim edərkən bildirib.
O qeyd edib ki, əsas nöqsanlar təhsil və səhiyyə sistemində qeyd olunub, bunlar da tarif siyasətinin düzgün aparılmaması ilə əlaqədardır: “Apardığımız yoxlamalar nəticəsində 550 ştat, 220 qurum, 15 kafedra bağlanıb”.
Palata sədri əsas nöqsanlardan biri kimi qanunlardakı boşluqlar və peşəkar maliyyəçilərin olmaması, işlər görülərkən xərclərin süni şişirdilməsini qeyd edib. Onun sözlərinə görə, Vergilər Nazirliyi ilə aparılan birgə yoxlamalar nəticəsində 3 vergi ödəyicisi barədə cinayət işi açılaraq hüquq-mühafizə orqanlarına göndərilib, prokurorluqla birgə aparılan yoxlamalar nəticəsində isə 2 mln. 250 min vəsait dövlət büdcəsinə qaytarılıb: “Bundan əlavə, aparılan işlər nəticəsində bir çox dövlət qurumlarında qanun pozucuları barəsində inzibati cəza tədbirləri görülüb - 44 nəfər işdən azad edilib, bunların da 13-ü rəhbər şəxslərdir. 40-dan artıq şəxsə şiddətli töhmət verilib (18-i rəhbər vəzifəli şəxslərdir), 36 nəfər rəhbər vəzifə sahibinə töhmət verilib”.
H.Əsədov bildirib ki, qanunlarda olan boşluqların aradan qaldırılması məqsədilə 100-dən artıq təqdimat aidiyyəti qurumlara və parlamentə göndərilib.