Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2017-ci il dekabrında 22 mlrd. 772,1 mln. manat, təşkil edib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1 mlrd. 882,5 mln. manat və ya 9,01% çoxdur.
Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda 2017-ci ilin noyabr ayı ilə müqayisədə dekabrda geniş mənada pul kütləsi 1 mlrd. 254,2 mln. manat və ya 5,83% artıb.
Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.
Eyni zamanda, manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 920,1 mln. manat və ya 8% artaraq 2018-ci il yanvarın 1-nə 12 466,4 mln. təşkil edib.