Bakı. Əli Əhmədov – APA-Economics. Ötən il ərzində Azərbaycanda dövlət müəssisə və təşkilatları tərəfindən müsabiqə yolu ilə 14 169 satınalma həyata keçirilib. «APA-Economics»in məlumatına görə, bu barədə Satınalmalar üzrə Dövlət Agentliyinin (SDA) 2012-ci il üzrə hesabatında bildirilir.
Hesabata əsasən, müsabiqələrin təqdim olunan yekun protokollarına görə, bağlanan satınalma müqavilələrinin qiyməti 4 428 143,11 min manat təşkil edib ki, nəticədə satınalma predmetinin ehtimal olunan qiymətinin (yəni 4 730 477,11 min manatın) 302 334 min manatına və ya 6,39%-nə qənaət edilib. Qənaətin 290 280,24 min manatı və ya 96,01 %-i tender üsulu ilə keçirilən satınalmalarda, 12 053,76 min manatı və ya 3,99% isə kotirovka sorğusu üsulu ilə keçirilən satınalmalarda əldə olunub.
Qeyd etmək lazımdır ki, kotirovka sorğusu üsulu ilə 12 713 (ümumi sayın 89,72%) müsabiqə keçirildiyinə baxmayaraq, onların ümumi məbləği 192 560,66 min manat və ya keçirilən dövlət satınalmalarının ümumi məbləğinin (4 428 143,11 min manat) cəmi 4,35%-ni təşkil edib.
Hesabata əsasən, dövlət büdcəsinin vəsaiti hesabına aparılan satınalmalarda 13 088 müsabiqə keçirilib. Satınalma proseduralarında tender predmetinin ehtimal olunan qiyməti 2 842 459,97 min manat və bağlanan satınalma müqavilələrinin qiyməti 2 704 456,6 min manat məbləğində müəyyənləşdirilərək, dövlət vəsaitinin 138 003,37 min manatına və ya 4,86%-nə qənaət olunub. Bundan, tender üsulu ilə keçirilmiş satınalmalarda ehtimal olunan qiymət 2 659 369,49 min manat, qənaət 127 053,18 min manat və ya 4,78%, kotirovka sorğusu üsulu ilə keçirilən satınalmalarda ehtimal olunan qiymət 183 090,48 min manat, qənaət isə 10 950,19 min manat və ya 5,98% təşkil edib. O cümlədən, nazirlik, komitə, dövlət müəssisə və təşkilatları üzrə dövlət büdcəsinin vəsaiti hesabına keçirilmiş 8 616 satınalma müsabiqəsində bağlanan müqavilələrin qiyməti 1 637 674,0 min manat təşkil edib və 1 745 407,47 min manat məbləğində tender predmetinin ehtimal olunan qiymətinin 107 733,47 min manatına və ya 6,17%-nə qənaət edilib.
Şəhər və rayonların (Bakı şəhəri daxil olmaqla) təhsil, səhiyyə, kommunal və digər təşkilatları tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına keçirilmiş 4 472 satınalma müsabiqələrində 1 097 052,5 min manat məbləğində olan tender predmetinin ehtimal olunan qiymətinin 30 269,9 min manatına və ya 2,76%-nə qənaət edilib.
Dövlət müəssisə və təşkilatlarından daxil olmuş yekun protokollarına əsasən, beynəlxalq maliyyə-kredit qurumları tərəfindən ayrılmış kredit və qrantlar hesabına 31 satınalma üzrə müsabiqə həyata keçirilib. Satınalma predmetləri üzrə ayrılmış 470 926,1 min manat məbləğində vəsaitin 43 968,44 min manatına və ya 9,34%-nə qənaət olunub.
Dövlət müəssisə və təşkilatlarının xüsusi vəsaitləri hesabına 1 050 satınalma müsabiqəsi həyata keçirilib. Satınalma predmetlərinin 1 417 091,04 min manat məbləğində ehtimal olunan qiymətinin 120 362,2 min manatına və ya 8,49%-nə qənaət olunub.